...

Yanvar-iyul aylarında "Regional enerji təchizatı" SC elektrik enerjisi istehlakını 200 mln. KVt/saat azaldıb

Energetika Materials 27 Avqust 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend / "Azərenerji" - "Regional enerji təchizatı" SC cari ilin yanvar-iyulunda ötən ilin analoji dövr göstəricisinə nisbətdə 3,1 mlrd. KVt/saat elektrik enerjisi sərf edib. Bu barədə SC-nin çərşənbə günü yayılan məlumatında bildirilir.

İstifadə olunan elektrik enerjisinə görə ümumi ödəmə 68 faiz olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 21,2 faiz çoxdur. Məişət abunəçiləri tərəfindən elektrik enerjisi istehlakı 1,1 mlrd. KVt/saat təşkil edib. 2007 - ci ilin analoji dövrü ilə müqayisədə,bu 250 mln. KVt/saat azdır.

İyulda ümumilikdə 403 mln. KVt/saat elektrik enerjisi istehlak olunub və bu göstərici ötən il 386 mln. KVt/saata bərabər olub. Ümumi ödəniş təqribən 78 faiz təşkil edib.

Xəbər lenti

Xəbər lenti