...

Gürcüstan ərazisindən neft nəqli normal rejimdə aparılır – nazir

Energetika Materials 3 Sentyabr 2008 11:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan ərazisindən neft nəqli normal rejimdə aparılır. Bu barədə jurnalistlərə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.

Nazirin sözlərinə görə, hətta Batumi və Kulevi limanlarında hərbi əməliyyatlar aparılan zaman tankerlərin neftlə yüklənməsi prosesi davam etdirilib. Dəmir yolu daşımalarının qaydaya düşməsindən sonra neft nəqli tam bərpa olunub.

Yeganə istisna - Bakı-Supsa neft kəməridir. Bərpa işlərindən sonra neft kəməri yalnız iyulda fəaliyyət göstərib, ilk tanker avqustun 8-də neftlə yüklənib, bundan sonra boru kəmərinin fəaliyyəti dayandırılıb. Neftin doldurulması boru kəmərinin təhlükəsizliyi tam təmin olduqdan sonra bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti