...

ARDNŞ yanvar-avqust aylarında neft məhsulları ixracını azaldıb

Energetika Materials 4 Sentyabr 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend /Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və Iqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) yanvar-avqustda neft emalı zavodlarından 1,5 mln. ton neft məhsulu ixrac edib. Bu göstərici ötən ilin müvafiq dövründə1,92 mln. ton olub.

Cari ilin yanvar-avqustunda bitum və sürtgi yağları ixrac edilməyib.

Azərbaycanda neft məhsulları Bakının iki neft emalı zavodunda, yuvarlaqlaşdırılmış güc ilə ildə 2 mln. ton olmaqla istehsal edilir. Hər iki neft emalı zavodu öz vəsaitləri hesabına quru və dəniz yataqlarında ildə bir milyon tondan çox neft hasil edən ARDNŞ-nin tərkibinə daxildir.  

ARDNŞ-nin neft məhsullarının ixracı üzrə ümumi cədvəli:

Məhsul

2007-ci ilin yanvar-avqustu min.t

2008 ci ilin yanvar-avqustu min.t

Dizel yanacağı

931,7

784,459

Маzut

451,9

319,306

Avtomobil benzini

247

244,519

Aviasiya kerosini

239,8

156,587

Sürtgü yağı

24,54

0

Bitum

20,48

0

Xəbər lenti

Xəbər lenti