...

İran bioyanacaq istehsalına başlayıb

Energetika Materials 9 Sentyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend / İranlı mütəxəssislər şəkər qamışının gövdəsindən benzin istehsal etməyə başlayıblar. "Hazırda şəkər qamışının gövdəsindən benzinin istehsalı sınaq mərhələsindədir və bu mərhələdən sonra benzinin istehsalına başlanılacaq", - deyə İranın Elmi Araşdırmalar Təşkilatının sədri və İranın təhsil nazirinin müavini Qulamhüseyn Rəhimi bildirib. Bu barədə İranın İRNA agentliyi çərşənbə axşamı məlumat yayıb.

O bildirib ki, bu araşdırmanı iranlı mütəxəssislər həyata keçirib. "İranın Sənaye və Energetika Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihəni İranın Elmi Araşdırmalar Təşkilatı, yeni Enerji Araşdırmaları Mərkəzi və bir neçə universitet həyata keçirib", - deyə Rəhimi bildirib.

Rəhimi əlavə edib ki, son vaxtlar neftin dünya bazarlarında artması nəticəsində bəzi ölkələr bioyanacağın istehsalına başlayıb. Braziliyada ölkənin daxili tələbatına istifadə olunan benzinin 30 faizini bioyanacaq təşkil edir.

Xəbər lenti

Xəbər lenti