...

Bakı-Tbilisi-Ceyhan boru kəməri öz işini bərpa edib

Energetika Materials 13 Sentyabr 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr/ Trend Cap , müxbir E.İsmayılov/ Bu gecə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri Türkiyə ərazisindəki dördüncü nasos stansiyasında yarnmış pozuntular aradan qaldırıldıqdan sonra öz işini bərpa edib, - şənbə günü BTC layihəsinin iştirakçısı olan Botas International Limited şirkətindən deyiblər.

"Yaranmış problemlərə görə, neft sızması baş verib", - Botas-dan bildiriblər.

Azərbaycan və Gürcüstan ərazisində layihənin operatoru olan BP-dən bildiriblər ki, neft boru kəmərinin işinin dayanması neft ixracına və hasilatına təsir etməyib. Hazırda bu boru kəməri vasitəsilə sutkalıq neft nəqli 1 mln. barelə yaxındır.

BTC neft kəmərinin ümumi uzunluğu - 1768 kilometdir, onun 443 km Azərbaycandan, 249 km - Gürcüstandan, 1076 km - Türkiyədən keçir. Nəql etmə həcmi - ildə 50 mln. ton neftdən artıqdır (bir gündə 1 mln. barel neft). Boru kəmərinin tikintisi 2003-cü ilin aprelində başlayıb, 2005-ci ilin mayın 18-də isə başa çatıb.

BTC-nin tikintisi $4 mlrd.-a başa gəlib. Tikinti işlərinin, boru kəmərinin doldurulmasının xərcləri, maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin cəmi $2,6 mlrd. təşkil edir.

"BTC Co"nun səhmdarları bunlardır: "BP" (30,1 faiz); "AzBTC" (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil Hydro" (8,71 faiz); "TRAO" (6,53 faiz); "Eni" (5 faiz); "Total" (5 faiz); "Itochu" (3,40 faiz); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti