...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 17 Sentyabr 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Sentyabrın 16 - da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $89,56/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən 4,23/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da $88,13/barel təşkil edib və bu, əvvəlki qiymətdən $4,19/barel azdır.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı -Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 16 - da $84,74/barel təşkil edib və bu, əvvəlki qiymətdən $4,28/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti sentyabrın 16 - da $86,69/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $4,15/barel azdır.

Xəbər lenti

Xəbər lenti