...

Azərbaycan Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 24 Sentyabr 2008 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir E.İsmayılov/ Azərbaycanın "Şahdəniz" yatağından sutkalıq qaz hasilatı 23-24 mln. kubmetr təşkil edir. Bu barədə çərşənbə günü hökumətdən bildiriblər.

Hökumətdən verilən məlumata görə, Türkiyə bu həcmin təqribən sutkada 13-14 mln. kubmetrini, Azərbaycan 6-7 mln. kubmetrini, Gürcüstan isə 1 mln. kubmetrini əldə edir. Gürcüstan əvvəllər sutkada 400-500 min kubmetr qaz alırdı.

"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996-cı il iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator- 25,5%), Statoil (25,5%), NICO, Total, LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Bu yataqda hasilata 1996-cı ilin dekabrından başlanıb. Hazırda xammal Cənubi Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da qaz alıcısı qismində çıxış edir.

Yatağın işlənilmə layihəsinin birinci mərhələsi çərçivəsində ildə 8,8 mlrd. kubmetr qaz hasil ediləcəyi güman olunur. Bu həcm Azərbaycan, Gürcüstan və Türkiyəyə satılacaq. Reallaşdırılmasına 2012-ci ildə başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kubmetrədək artırlacaq. Bu mərhələdə qazın Avropa ölkələrinə nəqli nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti