Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir A.Bədəlova/ "Ukrayna hökuməti ağır texniki neftin Odessa - Brodı neft kəmərindən çəkilməsinə yol verməyəcək", - Ukrayanın Baş naziri Yuliya Timoşenko çərşənbə günü "Vesti" telekanalının birbaşa efirində yayımlanan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hökumət Odessa - Bordı layihəsinin başa çatdırılmasına cəlb oluna biləcək ölkələrlə danışıqlar aparır.
"Biz prezident katibliyinin
Odessa-Brodı neft kəmərinin doldurulduğu $300 mln.-luq
ağır texniki nefti çəkmək və boru
kəmərini, demək olar ki, neftsiz saxlamaq üçün
başladığı proqrama heç zaman yol
verməyəcəyik", - o bildirib.
Əvvəllər Ukrayna prezidentinin katibliyi Nazirlər
Kabinetini Odessa-Brodı neft kəmərinin revers rejimdən
avers iş rejiminə keçirilməsi prosesini yubatmaqda
ittiham edib. Öz növbəsində ,Baş nazir bəyan edib
ki, bu neft kəmərindən avers rejimdə istifadə
katibliyin prezidenti Viktor Baloqanın iş adamı İqor
Kolomoyski ilə sövdələşməsidir.
"Odessa - Brodıdan isitfadədə iştirak edə biləcək ölkələrin hökumətləri ilə bütün razılaşmalar imzalananadək və neft kəmərindən düzgün - avers istiqamətdə istifadənin təmin edilməsinə dair uzunmüddətli müqavilələr bağlananadək heç bir halda ağır neftin boru kəmərindən çəkilməsinə imkan verməyəcəyəm", - Timoşenko bildirib.
"İş gedir və düşünürəm ki yaxın vaxtlarda başa çatacaq", - o əlavə edib.
Ukrayna 2002 -ci ildə 674 kilometrlik Odessa - Brodı neft kəmərinin tikintisini başa çatdırıb. Marşrut Ukraynanın qərb sərhədi istiqamətində 14 mln. tonadək neft nəql etməyə imkan verirdi. 2004 - cü ilin ortalarında "Ukrtransnafta" və "TMŞ- BP" üç il müddətinə marşrutdan revers istiqamətdə istifadə haqqında saziş imzalayıblar. Saziş hər il Odessa Qara dəniz limanı rayonundakı "Yujnı" dəniz neft terminalı istiqamətində 9 mln. ton neftin nəqlini nəzərdə tuturdu.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]