Azərbaycan, Bakı, 08 oktyabr/ Trend / Sinqpurun "Global Tender Barges Pte Ltd" şirkəti "KCA Deutag" beynəlxalq qazma podratçısı ilə yardımçı "Alligator" qurğusunun idarə edilməsi üzrə "Petronas Carigali Sdn Bhd" qazma müqaviləsinə dəstək üçün $30 mln. məbləğində saziş bağlayıb. Bu barədə "KCA Deutag"nın çərşənbə günü yayılan məlumatında bildirilir.
Bu dörd illik müqavilə (Bir il uzadılma müddəti ilə) Anqolada 2008 -ci ilin sonlarında "Chevron" ilə sazişin başa çatmasından sonra, 2009- cu ilin üçüncü rübündə fəaliyyətə başlayacaq.
"KCA Deutag" icraçı direktoru Holcer Temmenin (Holger Temmen) sözlərinə görə, bu müqavilənin əhəmiyyəti şirkətin idarə etdiyi yeddi yardımçı qurğu üzrə Asiya və Qərbi Afrikada uzun müddətli müqavilələrin bağlanmasından ibarətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - Capital