...

Kulevidəki Qara Dəniz terminalına nəqletmə tarifləri xeyli azalacaq

Energetika Materials 17 Oktyabr 2008 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR - ın Gürcüstanın dəmir yolu vasitəsilə Kulevi neft terminalına nəqletmə üzrə güzəştlər alacağı təqdirdə, neftin tarifləri 51,4 faiz, neft məhsullarınin isə, 30,2 faiz azalacaq,- cümə günü terminaldakı mənbə bildirib.  

Gürcüstanın qanunlarına əsasən, şirkət ildə 4 mln.ton neft və neft məhsulları istehsal edərsə, on nəqletmə tarifi üzrə güzəşt verilir.

Hazırda Gürcüstanın dəmir yolu vasitəsilə neft və neft məhsullarının nəql edilməsi üzrə tarif  bir ton üçün 12,03 İsveçrə frankıdır (təxminən 10,6 ABŞ dolları). Azərbaycanın Kulevidəki terminalının nəqletmə üzrə güzəştlər əldə edəcəyi təqdirdə, xammal neft üçün tarif bir ton üçün 5,85 farankadək (5,15 ABŞ dolları), neft məhsulları üçün bir ton üçün 8,40 frankadək (7,4 ABŞ dolları) azalacaq. Çaladidi stansiyasında qatarlara xidmətlərin göstərilməsi üzrə əlavə xərclərin məbləği, bir ton üçün bir frank qalmaqla, dəyişməyəcək (bir ton üçün 0,88 ABŞ dolları), - mənbə bildirib.   

Neft və neft məhsulları ilə yüklənmiş və Kulevi istiqamətində hərəkət edən sisternlər Çaladidi staniyasınadək gəlir ki, o da terminalın 20 km-də yerləşir. Dəmir yolunun Çaladididən terminala gedən hissəsi elektrikləşdirilmədiyindən, sisternlər terminala elektrovozla çatdırılır. Məhz bu xidmətlərə görə, bir ton üçün 1 frank məbləğində ödəniş tutulur, - mənbə qeyd edib.

Əvvəllər terminal rəhbərliyi gürcü - osetin münaqişəsinin və Gürcüstanın Qara dəniz limanlarının bağlanmasının daşınmaların həcminin obyektiv azalmasına gətirməsi ilə əlaqədar, Gürcüstan hökumətinə müraciət edib. Terminala neft və neft məhsullarının illik aşırma həcmini müəyyən etmək məqsədilə iki aylıq möhlət verilib. Lakin bu yaxınlarda terminal rəhbərliyi Gürcüstan hökumətinə 1 aylıq əlavə möhlət almaq üçün müraciət edib. Terminal müsbət cavab alarsa, onun istehsal ili 15 ay təşkil edəcək, - əvvəllər mənbə bildirib.

Kulevi terminalı mayda istismara verilsə də, aşırma  faktiki olaraq iyunda başlayıb. Bu dörd ay ərzində təxminən 1 mln. ton neft və neft məhsulu aşırılıb. Ən çox tələb olunan məhsullar dizel və mazutdur. Sentyabrda terminal 190 min ton neft və neft məhsulu realizə edib, oktyabrda bu göstəricini təxminən 230 min tona çatdırmaq planlaşdırılır.  

Kulevi terminalı cari ildə istismara verilib. Kulevi terminalı eyni vaxtda 168  vaqon - sistern  qəbul edə bilər. Terminalın ümumi aşırma gücü, 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut  daxil olmaqla, ildə 10 mln. maye neft məhsulları təşkil edir. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 15- 20 mln. tonadək artırmaq, çən parkını 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti