...

Rusiya Avropadan qaz ixracı ilə bağlı "həddən artıq ziddiyyətli" xəbərdarlıqlar alır - "Qazpromeksport"un rəhbəri

Energetika Materials 18 Noyabr 2008 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr / Trend , A.Bədəlov/ Rusiya avropalı müttəfiqlərindən Avropaya rus qazının lazım olub-olmaması ilə bağlı "həddən artıq ziddiyyətli" xəbərdarlıqlar alır - "Qazpromeksport" ASC-nin baş direktoru Aleksandr Medvedyev çərşənbə axşamı VI "Rusiya qazı - 2008" beynəlxalq forumunda çıxış edərkən deyib.

"Aİ-nin enerji təhlükəsizliyi və həmrəyliklə bağlı ötən həftə açıqlanan fəaliyyət proqramı bu qeyri-müəyyənliyin növbəti təsdiqidir", - "Vesti" telekanalı ilə çıxışı birbaşa yayımlanan Medvedyev söyləyib.

"Rusiya Aİ bazarlarına qaz və kömür üzrə əsas ixracatçıdır, neft üzrə OPEK-dən sonra ikinici əsas ixracatçıdır. Bizi təəccübləndirən odur ki, yeni enerji siyasəti prioritetləri sistemində enerjidaşıyıcıları ixracına əsas yer ayrılmır", - "Qazpromeksport"un baş direktoru söyləyib.

Avropa Komissiyasıın proqnozlarına görə, neftin 1 barelinin 100 dollar nominal qiymətində (Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, bu qiymətə iki ildən tez qayıtmaq mümkün olmayacaq) Avropa İttifaqına 2005-ci ildə idxal olunan 298 mlrd. kubmetri ilə müqayisədə, 2020-ci ildə qaz idxalı ümumilikdə 14 mlrd. kubmetrdən 284 mlrd. kubmetrədək düşəcək.

Avropa Komissiyası proqnozlaşdırır ki, barelin 51 dollar nominal qiymətində əlavə idxal cüzi - ildə 39 mlrd. kubmetr artacaq, ümumi ixrac 2020-ci ildə 337 mlrd. kubmetr olacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti