...

Avstriyada avtomobil yanacağının qiyməti Aİ üzrə orta göstəricidən azdır – Avropa Komissiyası

Energetika Materials 21 Noyabr 2008 19:45 (UTC +04:00)

Avstriya, Vyana, 21 noyabr/ Trend , müxbir A.Ələsgərov/ Avstriyada avtomobil yanacağının qiymətləri Avropa İttifaqı ölkələri üzrə orta göstəricidən aşağıdır. Avropa Komissiyası apardığı monitorinqlər nəticəsində bu rəyə gəlib, - Avstriyanın Federal İqtisadiyyat və Əmək Nazirliyi xəbər verir.
 Yanacaqdoldurma məntəqələrində yanacağın orta brutto-qiymətləri aşağıdakı kimidir (qiymətə vergi və digər rüsumlar da daxildir):

- "Avrosuper" benzini - Avstriyada 1,047 avro/l, Aİ-nin 27 dövlətində - 1,127 avro/l.

- dizel yanacağı - 1,116 avro/l, Aİ üzrə orta - 1,126 avro/l.

YDM - də yanacağın orta netto - qiymətləri aşağıdakı kimidir (vergi və digər rüsumlar nəzərə alınmadan):

- "Avrosuper" benzini - Avstriyada 0,387 avro/l, Aİ üzrə orta - 0,391 avro/l.

- dizel yanacağı - 0,544 avro/l, Aİ üzrə orta - 0,539 avro/l.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti