...

Azərbaycan neftinin qiyməti: 17-21 noyabr həftəsinin yekunları

Energetika Materials 24 Noyabr 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir A.Bədəlova/ 17-21 noyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $49,61/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,47/barr azdır.

17-21 noyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $52,85/barr, minimal qiyməti $46,22/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

17-21 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $45,74/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,34/barr azdır.

17-21 noyabr həftəsində URALS neftinin maksimal qiyməti $48,25/barr, minimal qiymət isə $43,2/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda, tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

17-21 noyabr həftəsində Brent Dated neftinin orta qiyməti $48,26/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,54/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $51,45/barr, minimal qiymət $45,31/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti