...

XDG üçün yeni tanker yaxın vaxtlarda Bakıya gələcək

Energetika Materials 25 Noyabr 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (XDG) üçün Nijni Novqorodun "Krasnoe Sormovo" gəmiqayırma zavodunda tikilmiş "Zəngəzur" tankeri noyabrın sonu - dekabrın əvvəlində Bakıya gələcək, - XDG - dən çərşənbə axşamı bildiriblər.

Bu tankerin alınmasına dair müqavilə 2008 - ci ilin yanvarında imzalanıb. Gəmi xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Bir reysdə bir neçə neft məhsulu növünün eyni zamanda yüklənə bilməsi imkanı nəzərdə tutulub.

19619 layihəli tankerlər "çay - dəniz" sinfinə aiddir, 12 yük və bir durulducu tankla təchiz olunub. İkiqat bortlarda və ikiqat dibdə ballast bölmələrinə malikdir. Onun uzunluğu 150 m, eni 17,30 m, bortunun hündürlüyü - 10,5 m, dedveyti 13 min tondan çoxdur və bu, liman terminalları yenidən təchiz edilmədən sərbəst şəkildə Xəzərdə istifadə edilə bilən gəmilər üçün maksimal həddir. Gəmi limanlara daxil olmadan 20 sutka dənizdə ola bilər.

XDG ilə ilk tankerlərə dair müqavilə 2002-ci ildə bağlanıb. 2006-cı ildə isə "Prezident Heydər Əliyev", "Babək", "Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud" tankerləri sifarişçiyə verilib və hazırda onlar Xəzər dənizində istismar olunurlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti