...

Azərbaycanın Kulevidəki terminalından nəql olunacaq Qazaxıstan neftinin həcmi məlum olub

Energetika Materials 2 Dekabr 2008 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir E.İsmayılov/ 2009-cu ildə Gürcüstanın Qara dəniz Kulevi limanında SOCAR şirkətinə (Azərbaycan Dövlət Neft Şirkəti) məxsus neft terminalından Qazaxıstanın "Tengiz" yatağından hasil edilən 4 mln. ton neft aşırılacaq. Bu barədə çərşənbə axşamı terminaldakı mənbədən bildiriblər.

"2009-cu ilin fevralından Tengiz neftinin nəqlinə başlanması planlaşdırılır. Ümumilikdə, gələn il terminaldan 4 mln. ton neft nəql olunacaq", - deyə mənbə bildirib.

SOCAR şirkətinin yüksək vzifəli nümayəndəsi əvvəllər bildirib ki, Qazaxıstanın "Tengiz" yatağını istismar edən Amerikanın ChevronTexaco şirkəti Bakı -Tbilisi - Ceyhan boru kəməri ilə artıq neft nəqlinə başlayıb.

Saziş şərtlərinə əsasən, Tengiz nefti Gürcüstan limanlarına (Kulevi və Batumi) BTC və dəmir yolu vasitəsilə nəql olunacaq. "Müqavilənin şərtlərinə görə, nəql olunacaq həcmlər bərabər paylara bölünə bilər", - deyə mənbə bildirib.

Oktyabrda Kulevidəki tenminalın aşırma həcmi 280 min ton təşkil edib. Sentyabrda terminaldan 190 min ton neft və neft məhsulları aşırılıb. Kulevidəki terminal mayda istismara verilib, neft məhsulları iyundan aşırılmağa başlanıb. Terminalın fəaliyyəti ərzində bir mln. tondan çox neft və neft məhsulları aşırılıb.

Terminalın ümumi aşırma gücü, 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut  daxil olmaqla, ildə 10 mln. maye neft məhsulları təşkil edir. Kulevi terminalı eyni vaxtda 168 sistern - vaqonu qəbul edə bilər. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Liman 100 mln. tonadək tankerləri qəbul etmək iqtidarındadır ki, bu da layihəni iqtisadi cəhətdən səmərəli edir. İki il ərzində terminalın nəql gücünün 15- 20 mln. tonadək artırılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti