...

Bakıda elektrik enerjisi istehlakı artıb

Energetika Materials 15 Dekabr 2008 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir E.İsmayılov/ Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar abonentlərin elektrik enerjisi istehlakı 10-12 faiz - sutkada 28 mln. kVt/saatadək artıb, - Azərbaycanın paytaxtında elektrik enerjisinin paylanması ilə məşğul olan "Bakıelektrikşəbəkə" SC-dən bazar ertəsi bildiriblər.

"Bakıelektrikşəbəkə" zəruri həcmdə elektrik enerjisi tədarükünü tam təmin etməyə hazırdır, - SC-dən deyiblər.

"Bakıelektrikşəbəkə" elektrik enerjisini ölkədə bu sahədə əsas istehsalçı olan "Azərenerji" SC-dən alır.

"Qış mövsümünə bütün hazırlıq işləri aparılıb", -"Azərenerji" SC-nin rəhbəri Etibar Piriverdiyev əvvəllər bildirib.

Onun sözlərinə görə, "ölkənin elektrik enerjisi təminatı ilə bağlı problemi yoxdur, belə problemlər yarandıqda isə, dərhal həll edilir".

Beş-altı il ərzində ölkənin elektrik paylayıcı şəbəkələrinin tam yenidən qurulması planlaşdırılır, - Piriverdiyev əvvəllər deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capitа[email protected]

Xəbər lenti

Xəbər lenti