...

Azərbaycanın şimal - qərb bölgələrinə təbii qazın verilməsi yenidən dayandırılıb

Energetika Materials 23 Dekabr 2008 12:47 (UTC +04:00)
Azərbaycanın şimal - qərb bölgələrinə təbii qazın verilməsi yenidən dayandırılıb

Azərbaycan, Şəki, 23 dekabr/ Trend müxbir S.Fətəliyev/ Çərşənbə axşamı səhər saat 9 -da Azərbaycanın şimal- qərbində yerləşən Qazax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayandırılıb.

Zaqatala Rayon Qaz İstismarı İdarəsindən çərşənbə axşamı verilən məlumata görə, bu addım Xaldan - Balakən magistral qaz kəmərinin (51,6 və 60,4 - cü kilometrliyində) 530 mm-lik qaz borusunda qaz sızmasının aşkarlanmasınə görə dayandırılıb.

Boru kəmərində təmir işləri aparılır. Günün sonunadək işlərin başa çatdırılacağı və qaz təchizatının bərpa olunacağı gözlənilir.

Zaqatala rayonuna təbii qazın verilməsi dekabrın 20 - də təqribən səhər saat 9 - da Qaz İstismarı İdarəsinin tənzimləyici stansiyasında baş vermiş partlayışla bağlı olaraq, bir dəfə dayandırılmışdı. Lakin təmir işləri aparıldıqdan sonra qaz təchizatı bərpa olunmuşdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti