...

SOCAR xarici şirkətlə neft yatağının işlənilməsinə dair müqavilənin imzalanması barədə razılığa gəlib

Energetika Materials 15 Yanvar 2009 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir V.Şərifov/  SOCAR şirkəti və Dubayın DB Petroleum şirkəti "Maştağa-Buzovna" quru yatağının bərpası və işlənilməsinə dair danışıqları bitirərək, gələcək PSA tipli sənədi hazırlayıblar. Bu haqda cümə axşamı SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) bildiriblər.

"DB Petroleum-la müqavilə hazırdır. Şirkətlə danışıqlar başa çatıb. Sənədin yalnız yaxın vaxtda imzalanması qalıb", - SOCAR-da  deyiblər.

Bir neçə il əvvəl Polish Oil and Gas Company (POGC) şirkəti  SOCAR-la bu quru yatağın bərpası və işlənməsinə dair PSA tipli müqavilənin bağlanması perspektivlərini müzakirə edib. Tərəflər bir neçə danışıq mərhələsi keçirtsələr də, razılığa gəlməyiblər.

Xəbər lenti

Xəbər lenti