...

Azərbaycan Dövlət Statistika Komitəsi Bakı-Tbilisi - Ceyhan boru kəməri ilə nəql olunan Qazaxıstan neftinin həcmini açıqlayıb

Energetika Materials 19 Yanvar 2009 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend /

"2008-ci ilin oktyabr-dekabr ayları ərzində Bakı -Tbilisi - Ceyhan (BTC) boru kəməri ilə 285,1 min ton Qazaxıstan nefti nəql olunub", - Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.

Oktyabrda "ChevronTexaco" Amerika şirkəti BTC ilə Qazaxıstanın Tengiz yatağından neft nəqlinə başlayıb. Razılaşmanın şərtlərinə əsasən, Tengiz nefti BTC boru kəməri və Gürcüstanın Kulevi və Batumi limanlarınadəkr dəmir yolu ilə daşınacaq. Nəql olunan neftin həcminin ildə dörd milyon tona çatdırılması gözlənilir.

ChevronTexaco Qazaxıstanın "Tengiz" yatağının operatorudur. Müqavilə üzrə nəzərdə tutulan meydançanın işlənməsi ilə "TengizŞevroyl" şirkəti məşğul olur.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir;  443 kilometri Azərbaycan, 249 km- i Gürcüstan, 1076 km- i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25  faiz); Chevron (8,90  faiz ); Statoil (8,71  faiz ); ТРАО (6,53  faiz ); Eni (5  faiz ); Total (5  faiz ); Itochu (3,40  faiz ); Inpex (2,50  faiz ); ConocoPhillips (2,50  faiz ) və Amerada Hess (2,36  faiz ).

Gürcüstanın Kulevi Qara dəniz terminalının sahibi Azərbaycan Dövlət Neft Şirkətidir. Batumidəki terminal isə "KazMunayqaz"a məxsusdur.

Xəbər lenti

Xəbər lenti