...

Çin şirkətləri Aktauda bitum zavodunun tikintisində iştirak edəcək

Energetika Materials 3 Mart 2009 16:08 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 mart / Trend , müxbir K.Arınova /Çinin CITIC Group şirkəti Aktauda bitum zavodunun tikintisi layihəsində iştirak etməyə razılıq verib. Bu barədə çərşənbə axşamı Astanada energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev məlumat verib.

"Samruk-Kazına" Dövlət Fondunun nümayəndə heyətinin Çinə son səfəri zamanı CITIC Group ilə adı çəkilən layihədə iştirak barədə prinsipial razılaşma əldə olunub, - hökumətin bu gün keçirilən iclasında çıxış edən Mınbayev bildirib.

2009-cu ilin əvvəlində Manqistau vilayətində bu layihənin reallaşdırılmasına başlanılıb. Layihənin dəyəri 145 mln.dollardır. Zavodun layihə gücü ildə 420 min ton bitumdur. Xammal qismində Karajanbas yatağından çıxarılacaq neft olacaq. 

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti