...

Qazaxıstan hər yataq üçün ayrıca vergi təyin etmək niyyətindədir

Energetika Materials 3 Mart 2009 16:11 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 mart / Trend , müxbir K.Arınova / Qazaxıstan yeraltı sərvətlərin istifadəçilərinə ayrı-ayrılıqda vergilər təyin edəcək. Bu barədə hökümət iclasından sonra jurnalistlərin suallırını cavablandıran energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev bildirib.

"Hökümətdə təqdim edilən yeni qətnamə əsasında biz yeraltı sərvət istifadəçilərinə vergi məcəlləsi təyin edəcəyik, bundan sonra isə bu qaydalar əsasında hər yataq və hər müqavilə üçün ayrıca vergi tətbiq olunacaq", - Mınbayev bildirib.

Nazirin məlumatına görə, gələn cümə günü hökümət az gəlirli sərt faydalı qazıntı yataqlarının vergi tarifinin azaldılması qətnaməsini nəzərdən keçirəcək.

Gələn çərşənbə axşamı isə hökümətdə neft yataqlarının vergi tarifinin azaldılması məsələsinə baxılması planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti