...

SOCAR şirkəti yanvar-fevralda Bakı-Supsa boru kəməri ilə yüngül neft ixracını artırıb

Energetika Materials 5 Mart 2009 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend /

SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) yanvar-fevralda Bakı-Supsa qərb boru kəməri marşrutu ilə "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil etdiyi 538 min ton yüngül neft ixrac edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir. Bu marşrut üzrə neft ixracı ötən ilin sonunda bərpa olunub.

2008-ci ildə boru kəməri ilə 407,1 min ton neft ixrac olunub. 2007-ci ildə bu istiqamətdə boru kəmərində təmir işlərinin aparılması səbəbindən neft göndərilməyib.

Təmir işlərinin aparılması səbəbindən Bakı-Supsa qərb boru kəməri ilə 2006-cı ilin noyabrından neft ixrac olunmayıb. Boru kəmərinin operatoru BP şirkətidir.

Bakı-Supsa boru kəməri 2006-cı ilin sonundan təmirdə olub. 2008-ci ilin ortalarında boru kəməri neft ilə doldurulmağa başlanıb, lakin gürcü-osetin münaqişəsi səbəbindən bu proses dayandırılıb.

Xəbər lenti

Xəbər lenti