...

Pakistan İranın təklif etdiyi qazın qiymətini qəbul edib

Energetika Materials 30 Mart 2009 17:45 (UTC +04:00)

İranın neft nazirinin Sülh boru kəmərinin müzakirələrində iştirak edən nümayəndəsi Höcətullah Qənimifər bildirib ki, Pakistanın İqtisadi Əməkdaşlıq Komitəsi (ICC Pakistan ) İran qazının bu ölkəyə nəqli üçün təklif etdiyi qiyməti qəbul edib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

"Pakistanın İqtisadi Əməkdaşlıq Komitəsi İran tərəfindən təklif olunan Sülh boru kəməri vasitəsilə nəql olunacaq qazın qiymətini qəbul edib və son təsdiq üçün Pakistan dövlətinə təqdim edib", - deyə bazar ertəsi İranın neft nazirinin nümayəndəsi MEHR xəbər agentliyinə müsahibəsində bildirib.

Qənimifərin sözlərinə görə, Pakistan bu haqda fikrini hələ 2009-cu il yanvarın 28-də bildirməli idi, lakin rəsmi açıqlamanı bu vaxtadək uzadıb.

Qənimifər Pakistan tərəfinin yaxın 15 gün ərzində Pakistan hökumətinin bu məsələ ilə bağlı son qərarını açıqlayacağını bildirib.

İranın neft naziri Qulam Hüseyn Nozəri 2008-ci ilin dekabr ayında bildirib ki, adıçəkilən boru kəmərinin tikilməsində Hindistan iştirak etməzsə, Sülh boru kəməri layihəsinin icrası üçün müqavilə İran və Pakistan arasında imzalanacaq.

Xəbər lenti

Xəbər lenti