...

Fars qaz kəmərinin inşa olunması Avropanın İran qazı almasından asılıdır – ekspert

Energetika Materials 2 Aprel 2009 15:48 (UTC +04:00)

İran, Tehran, 02 aprel / Trend , müxbirlər D.İbrahimova, T.Cəfərov /

İranın Narkangan Gas To Liquid International Co şirkətinin icraçı direktoru və Xəzər regionunun öyrənilməsi Beynəlxalq İnstitutun direktoru Nesri Qurban xüsusi olaraq Trend üçün:

Bir neçə ölkənin ərazisindən keçən istənilən boru kəməri effektiv həcmdə qazla, yanacaqla, təhlükəsiz tranzit marşrutu ilə, güclü maliyyə və hüqüqi dəstəklə təmin olunmalıdır.

İran qazının Avropaya təchizatına gəldikdə isə vəziyyət belədir: İranın isbat olunmuş qaz ehtiyatları 30 trilyon kub metr təşkil edir ki, bu da yataqların işlənməsinə uyğun sərmayə yatırıldıqda qaz boru kəmərinin çəkilməsi üçün yetərlidir. Nəzəri olaraq ixracat üçün İslam Respublikasında qaz var. Praktiki olaraqsa İran üçün elektrik enerjisinin istehsal olunmasının təminatı, qazın yenidən neft plastlarına doldurulması və sənayə sektoru nəzərə alınmaqla qaza olan daxili tələbatın ödənilməsi prioritetdir. İxrac həcmlərini yaratmaq üçün İran qaz istehsalını artırmalıdır.

Mavi yanacağın alıcılarına gəldikdə isə, Avropada qaza tələbat var və Avropa yeni mənbələrin işlənməsində maraqlıdır. Buna baxmayaraq siyasi motivlər üzündən Köhnə Dünya İran qazından imtina edərsə, fikrimcə, İrandan Avropaya qaz kəməri (Fars qaz kəməri) inşası baş tutmayacaq.

Tranzitin təhlükəsiz yolları hazırki siyasi və strateji reallıqlara söykənir. "Nabukko" qaz kəməri Türkiyə və Balkanlardan keçir. Fars kəməri isə İraq və Suriyadan Aralıq dənizi ilə Avropaya nəql oluna bilər. Bu alternativ variantlar alıcı, təchizatçı və tranzit ölkələrlə razılaşdırılmalıdır.

Hazırda sözügedən regiondan Aropaya qaz nəqli üçün kəmərin tikilməsinə lazımi maliyyə dəstəyi yoxdur. İran gərəkli miqdarda qaz hasil edərsə, mavi yanacaq "Nabukko"ya da, Fars qaz kəmərinə də çatar. Lakin qaz yataqlarının işlənməsi üçün sərmayə olmadan İran qazının Avropaya nəqli təxirə salınacaq.

Müəllifin fikirləri Trend redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti