...

Azərbaycan Avropa və Mərkəzi Asiya arasında körpü olmaqla həlledici rol oynayır – Litva XİN-in rəhbəri

Energetika Materials 8 Aprel 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend , müxbir Y.Ostapenko/

Litva xarici işlər naziri Viqaudaş Uşaskis çərşənbə günü Bakıda jurnalistlərə deyib ki, Azərbaycan Avropa və Mərkəzi Asiya arasında körpü olmaqla həlledici rol oynayır.

"Avropa İttifaqı (Aİ) çox sayda boru kəmərlərinin inşasında maraqlıdır və ümid edirik ki, bu, enerji təchizatının diversifikasiyasında maraqlı olan Azərbaycan, Qazaxıstan və Türkmənistanın mənafeyinə xidmət edəcək. Azərbaycan Avropa və Mərkəzi Asiya arasında körpü olmaqla mühüm rol oynayır", - Uşaskas deyib.

Onun sözlərinə əsasən, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı Avropanın Azərbaycandan Belarusa qədər bütün qonşu ölkələrlə dörd platforma əsasında əməkdaşlığı genişləndirməyə hazır olduğunu sübut edir. Mayın 7-də Praqada Aİ-nin sammitində azad ticarət və vizasız rejim barədə əməkdaşlığın əsasları rəsmi olaraq təsbit ediləcək. Bütün bunlar Azərbaycanın mühüm ölkə olduğu enerji sahəsində də əməkdaşlıq üçün geniş imkanların yaranmsına xidmət edəcək.

Litva Xarici Siyasət İdarəsinin rəhbəri Bakıda rəsmi səfərdədir. Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev və XİN rəhbəri Elmar Məmmədyarovla görüşlər keçirib. Keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti