...

Türkiyə Azərbaycan qazının idxalını üçdə bir dəfə azaldıb

Energetika Materials 30 Aprel 2009 20:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir E.İsmayılov /

"Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində Azərbaycan qazının Türkiyəyə gündəlik ixrac həcmi əvvəlki 18 milyona qarşı 12 milyon kubmetr təşkil edir. Bu barədə neft-qaz sahəsində olan mənbə deyib.

"İxracın azalması Türkiyə tərəfindən qaz seçilməsinin azalması ilə bağlıdır", - mənbə qeyd edib.

Gürcüstana "Şahdəniz" yatağından sutka ərzində 1,3 milyon kubmetr qaz ixrac edilir. Yataqdan hasil edilən qazın müəyyən hissəsi payız-qış mövsümündə istifadə üçün Azərbaycanın yeraltı qaz anbarlarına doldurulur - 500 milyon kub metr tutumu olan Qaradağ və 1,1 milylard kub metr tutuma malik Kalmaz qaz anbarı.

Mənbənin sözlərinə əsasən, "Şahdəniz"də hazırda sutka ərzində qaz hasilatı 18 milyon və 22 milyon kubmetr arasında dəyişir.

"Şahdəniz" yatağının işlənməsinə dair saziş 1996-cı ilin iyunun 4-də imzalanıb. Saziş iştirakçıları bunlardır: BP (operator - 25,5%), Statoil (25,5%), NICO (10%), Total (10%), LUKAgip (10%), TPAO (9%), ARDNŞ (10%).

Qaz Gürcüstan və Türkiyəyə Cənubi Qafqaz dəhlizi vasitəsilə nəql edilir. Cari ildə birinci mərhələ çərçivəsində sözügedən yataqdan 9 milyard kubmetrdən artıq qaz hasil etmək nəzərdə tutulur.

Reallaşdırılmasına 2014-ci ildən sonra başlanacaq ikinci mərhələ çərçivəsində hasilat 20 mlrd. kub metrə qədər artırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti