Qazaxıstan, Astana, 04 may / Trend , müxbir K.Arınova /
"Apreldə Qazaxıstanda enerji resurslarının qiyməti artıb", - Qazaxıstan statistika agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurumun məlumatına görə, bu ay ərzində enerji resurslarının qiyməti 9,1 faiz artıb: neft - 13 faiz, elektrik enerjisi - 1,1 faiz, təbii qaz və qaz kondensatı - hər biri 0,2 faiz.
Eyni zamanda kömürün qiyməti 2,1 faiz, neft məhsullarının qiyməti 1,4 faiz aşağı düşüb.