...

Azərbaycanda su paylayıcısının enerji təminatı dayandırılmayıb

Energetika Materials 13 May 2009 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir E.İsmayılov /

"Sumqayıtelektrikşəbəkə" SC (Bakının Binəqədi rayonu və Sumqayıt şəhərində elektrik enerjisinin paylanması və satışı) 48 milyon manat həcmində debitor borc səbəbindən "Azərsu" SC-nin (Azərbaycanda içməli və məişət suyunun yeganə paylayıcısı) enerji təminatını hələ dayandırmayıb", - çərşənbə günü "Sumqayıtelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Anar Quliyev deyib.

"Hazırda müəssisələrin rəhbərlikləri səviyyəsində yaranmış vəziyyətlə bağlı müzakirələr aparılır. "Azərsu"nun enerji təminatı hələ dayandırılmayıb", - Quliyev bildirib.

Bu addım mayın 13-də, saat 15:00-da atılmalı idi.

Bir müddət əvvəl Quliyev bildirirdi ki, bu ilin bir neçə ayı ərzində "Azərsu"nun bir milyon manatdan çox borcu yaranıb.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, "Azərsu" debitor borclarını ödəmir, üstəlik SC bu il işlətdiyi elektrik enerjisinə görə olan borcunu hələ ödəməyib", - Quliyev bildirib.

Mayın 13-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti