Ötən il İranın "Cənubi Pars" qaz yatağında 5 faza istifadəyə verilib. Həmin fazaların təkmilləşdirilməsi və istifadəyə verilməsi ilə ölkənin qaz sisteminə 11 milyard kubmetr artıq qaz daxil olub. Mehr informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Qulamhüseyn Nəzəri çərşənbə günü keçirdiyi mətbuat konransında bildirib.
Onun sözlərinə görə, yaxın günlərdə İranın Xuzistan əyalətində olan "Aqacəri" neft yataqlarında qazın laylara vurulması layihəsi reallaşdırmağa başlanacaq.
"Bu layihə (qazın neft yataqlarının laylarına vurulması layihəsi) dünya səviyyəsində ən böyük layihədir. Biz Prezidentin layihənin açılış gününü təyin edəcəyini gözləyirik", - deyə Nəzəri bildirib.
Nəzəri Xəzərdə İranın "Əlborz" platformasının yaxın günlərdə istifadəyə veriləcəyini də bəyan edib. "İranın "Əlborz" platforması dəniz səviyyəsindən 800 metr dərinlikdə quyuqazma qabiliyyətinə malikdir", - deyə nazir bildirib.
Nəzəri əlavə edib ki, "Əlborz" platforması iyunun 5-dək Xəzər dənizində öz işinə başlayacaq.