...

Aprel ayında Bakıda qaz istehlakı azalıb

Energetika Materials 19 May 2009 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.İsmayılov /

"Yanvar-aprel aylarında "Bakqaz" İstehsalat Birliyi tərəfindən Bakının qaz sisteminə təqribən 1,3 mlrd. kubmetr məişət qazı verilib", - çərşənbə axşamı İB-dəki mənbə deyib.

Apreldə paytaxtın qaz sisteminə təxminən 226 milyon kubmetr qaz verilib. Martda bu rəqəm 348 milyon kubmetr olub.

Mənbənin sözlərinə görə, hazırda Bakının qaz sisteminə sutkalıq qaz verilişinin həcmi 4,5 milyon kubmetrdir. Martda bu rəqəm 8 milyon kubmetr olub.

"Paytaxtda abunəçilər tərəfindən qaz istehlakının azalmasına səbəb hava şəraitinin yaxşılaşmasıdır", - mənbə deyib.

2008-ci ildə İB tərəfindən Bakının qaz sisteminə təqribən 2,45 mlrd. kubmetr qaz verilib.

Ötən il İstehsalat Birliyi şəhərin qaz sisteminə qaz verilişi üzrə mövsümi rejimdən (yay və qış mövsümləri) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Mövsümi rejimin tətbiq edilməsi əhalinin əksəriyyətində qaz sayğaclarının olmaması ilə bağlı idi, bunun nəticəsində əhali qazdan səmərəsiz istifadə edirdi. Mənbə hazırda Bakı qaz şəbəkəsi abunəçilərinin 100 faizinin sayğacla təmin edildiyini bildirib.

Əvvəlki illərdə İstehsal Birliyi aprelin ortalarında yay iş rejiminə keçirdi. Bu dövrdə abunəçilərə qaz verilişi qış mövsümü ilə müqayisədə azaldılırdı. Qış dövrünə keçid noyabrın 15-dən həyata keçirilirdi. Yay mövsümündə sutkalıq qaz verilişi 3-4 mln. kubmetr, qışda isə 10-13 mln. kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti