...

SOCAR qaz-kondensat strukturunda kəşfiyyat qazma işlərinə hazırlaşır

Energetika Materials 21 May 2009 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir E.İsmayılov /

"SOCAR Xəzərin Azərbaycan sektorundakı perspektiv dəniz qaz-kondensat strukturu "Ümid"də birinci kəşfiyyat yatağının qazmasına başlayacaq", - cümə axşamı SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

"Qazma üçün platformanın tikintisi üzrə işlər başa çatdırılır", - Yusifzadə bildirib.

Bu strukturdakı birinci quyunun dərinliyi 6,5 min metr olacaq. Onun dörd min metrinin bu il qazılması gözlənilir. Qazmanın gələn il başa çatdırılacağı gözlənilir.

Görülən işlərin əsas məqsədi ölkədə qaz hasilatının artırılmasıdır.

Tikintisi başa çatdırılmamış "Çıraq-6" platformasının bazasında yerləşən "Ümid-1" platforması SOCAR-ın qaz proqramı çərçivəsində ən böyük obyektdir. Onun hündürlüyü 72 metr olacaq. Platforma "Bulla-dəniz" yatağının 15 kilometr yaxınlığında, 58 metr dərinlikdə yerləşəcək. platformadan altı quyunun qazılmasını planlaşdırılır.

"Ümid"in gözlənilən qaz ehtiyatları 300 milyard kubmetr, qaz kondensatı isə 30-40 milyon tondur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti