...

SOCAR şəxsi dəniz platformalarını elektrik enerjisi ilə təmin edir

Energetika Materials 29 May 2009 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend /

SOCAR (Azərbaycan Respublkası Dövlət Neft Şirkəti) dənizin dibi ilə uzunluğu 1,5 km. olan iki elektrik ötürücüsünün çəkilməsi işlərini tamamlayıb və bu "Neft Daşları" iri neft-qaz yatağındakı iki platformanı elektrik enerjisi ilə təmin etməyə imkan verib, SOCAR-ın bu gün yaydığı məlumatda deyilir.

Yeni elektrik xətlərinin salınması nəticəsində biri digərindən iki kilometr məsafədə yerləşən 2415 və 2387 nömrəli platformalar elektrik enerjisi ilə təmin edilib. Sözügedən platformalardan ümumilikdə 24 quyu qazmaq planlaşdırılır.

Elektrik ötürücü xətlərinin çəkilməsini SOCAR-a məxsus Xəzər Dəniz Neft Donanmasının xüsusi kabeldöşəyən "Samir Quliyev" gəmisi yerinə yetirib.  

Yeni kabellər "Neft Daşları"nda yerləşən qaz-durbin elektrik stansiyasından qidalanır. Bu stansiya "Neft Daşları" və "28 may" neft-qaz emal edən idarələri elektrik enerjisi ilə təmin edir.

Hazıda "Samir Quliyev" gəmisi 100 metr dərinlikdə elektrik ötürücü xətlərinin təmiri məqsədi ilə "Günəşli" yatağına yola salınıb. Platformanın təmiri zamanı sözügedən yatağa elektrik enerjisi ehtiyat elektrik xətlərindən istifadə etməklə təchiz ediləcək.

Xəbər lenti

Xəbər lenti