...

Azərbaycanın 30 il ərzində 30 milyard kubmetr həcmində qaz ixrac etmək potensialı var - StatoilHyidro Azerbaijan

Energetika Materials 3 İyun 2009 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müx. E.İsmayılov /

"Cənub enerji dəhlizi", yəni yanacağın çatdırılmasının yeni istiqaməti çərçivəsində Azərbaycanın 30 il ərzində 30 milyard kubmetr həcmində qaz ixrac etmək potensialı var, çərşənbə günü  StatoilHyidro Azerbaijan şirkətinin prezidenti Kristian Xausken bildirib.

"Bu nəinki "Sah Dəniz" yatağının, həmçinin "Azəri-Çıraq-Günəşli" blok yatağının və digər yataqların hesabına mümkündür", - Xausken deyib.

"Şah Dəniz" yatağı "Cənub dəhlizi" çərçivəsində  və həmçinin şimal istiqamətində enerji daşıyıcılarının nəql zəncirində katalizator rolunu oynaya bilər", - o əlavə edib.

"Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafı "Şah Dəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində potensial alıcılar ilə danışıqlar prosesini sürətləndirəcək", - Xausken deyib.

10-15 il ərzində Azərbaycan il ərzində ixrac üçün nəzərdə tutulan 30 milyard kubmetr qaz istehsal etmək imkanına malik olacaq, StatoilHyidro şirkətinin prezidenti hesab edir.

StatoilHyidro Azərbaycan "Şah Dəniz" dəniz qaz-kondensat yatağı üzrə layihənin işlənilməsinin birinci mərhələsi üzrə kommersiya operatorudur.

"Şah Dəniz" dəniz yatağının işlənilməsi üzrə müqavilə iyunun 4-ü 1996-cı ildə imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) - 25,5 faiz, StatoilHyidro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, SOCAR- 10 faiz.

"Şah Dəniz" layihəsininn birinci mərhələsinin həyata keçirilməsində 8,6 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulur. İkinci mərhələnin həyata keçirilməsindən sonra hasilatın həcmi 20 milyard kubmetrə qədər artacaq.

Xəbər lenti

Xəbər lenti