...

Azərbaycanda dəniz qazma qurğusunda insan həlak olub

Energetika Materials 18 İyun 2009 12:46 (UTC +04:00)
Azərbaycanda dəniz qazma qurğusunda insan həlak olub

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir E.İsmayılov /

Xəzərin Azərbaycan sektorundakı "Dədə Qorqud" qazma platformasında baş vermiş bədbəxt hadisə nəticəsində ölkənin ən böyük qazma podratçısı - Caspian Drilling Company (CDC) İB-nin əməkdaşı həlak olub. CDC-dən məlumatı təsdiqlədilər.

Bədbəxt hadisə bazar ertəsi, Bakı vaxtı ilə saat 23:59-da qeydə alınıb.

"Bədbəxt hadisə nəticəsində 1 nəfər həlak olub. Fakt üzrə dövlət orqanları ilə birlikdə təhqiqat aparılır. Baş vermiş hadisənin səbəbləri haqda danışmaq hələ tezdir. Hər şey təhqiqatın başa çatmasından sonra məlum olacaq", - CDC-nin nümayəndəsi həlak olanın adını açıqlamayaraq bildirib.

Təsdiqlənməmiş məlumatlara görə, CDC-nin əməkdaşının cəsədi suda - "Dədə Qorqud" qazma platformasına dəstək gəmisi - "Bakı" ekipajı tərəfindən platformanın yanında tapılıb. Hadisənin təhqiqatı üçün xüsusi komissiya yaradılıb.

Xəbər lenti

Xəbər lenti