...

Xarici şirkət Azərbaycanda yeni layihə həyata keçirməyə hazırlaşır

Energetika Materials 19 İyun 2009 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir E.İsmaylov /

Baqhlan Group FZCO şirkəti "Buzovna ərazisində neftlə çirklənmiş sahənin təmizlənməsi və neftin bərpası" layihəsi çərçivəsində məlumatları və materialları nəzərdən keçirir. Bu barədə vəziyyət ilə tanış olan ARDNŞ-dən bildirilib. Qeyd edək ki, Baqhlan Group FZCO şirkəti əvvəlcə bu layihə üzrə təklif paketini ARDNŞ-ə təqdim edib. Buzovna ərazisindəki sahə ARDNŞ-in Z.Tağıyev adına Neft-Qaz Hasilatı İdarəsinin balansında  yerləşir.

"Hazırda layihə çərçivəsində mövcud metriallara nəzəri baxış keçirilir, lakin fiziki işlərə hələ ki, başlanılmayıb", - deyə mənbədən bildirilib.

Mənbə layihənin həyata keçirilməsi haqqında geniş məlumat verməyib.

ARDNŞ nümayəndələri ilə görüşən layihə üzrə koordinator Con Hoççun da əvvəlcədən qeyd etdiyi kimi, layihənin icrası üçün Z.Tağıyev adına NQHİ-nin ərazisində 38,6 ha sahə seçilib və həmin sahənin topoqrafik xəritəsi hazırlanıb. Çirklənmə mənbələrinin bəzi yerlərdə dərinliyi 8,7 metrə çatır. Layihə üçün məhz həmin sahənin seçilməsinə səbəb həmin ərazidə kifayət qədər neft rezervuarlarının, neft kəmərlərinin və nasosların olmasıdır. Layihənin hər iki tərəfə mənfəət gətirəcəyi proqnozlaşdırılır.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ-in əməkdaş ştatı 62 min nəfərdən ibarətdir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti