...

SOCAR-ın neft-emalı müəssisələrində təxminən 35,5 min ton neft şlamı təmizlənib

Energetika Materials 7 İyul 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend /

"2006-cı ildən etibarən Ekol QSC Heydər Əliyev adına NEZ-də təxminən 12,5 milyon kubmetr və "Azneftyağ" NEZ-də 10,9 milyon kubmetr sənaye yolu ilə çirklənmiş suların təmizlənməsini həyata keçirib", - QSC-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bununla yanaşı, hər iki NEZ-də yığılıb qalan 35,5 min ton və "Bibiheybət" yatağındakı 6,2 min ton neft şlamının da təmizlənməsi həyata keçirilib.

Bundan başqa "Bibiheybətneft" neft-qaz idarəsinin yataqlarındakı torpaqların və "Salyan oil" əməliyyat şirkətinin ərazilərində qazma şlamının rekultivasiyası həyata keçirilib.

2006-cı ilin martında Abşeron yarımadasında mövcud ekoloji problemlərin həlli üçün yaradılmış Ekol Muhəndislik Xidmətləri QSC-nin həmtəsisçiləri SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) - 51 faiz və Lancer S.A. Services-dir - 49 faiz.

Xəbər lenti

Xəbər lenti