...

ARDNŞ Xəzərdə geofiziki tədqiqatlara hazırlaşır

Energetika Materials 22 İyul 2009 19:38 (UTC +04:00)
Avqustun əvvəllərində ARDNŞ Xəzərin Azərbaycan hissəsində "Bahar 2" perspektiv qaz-kondensat strukturunda üçölçülü seysmik tədqiqatlara (3D seysmik) başlamağı planlaşdırır.

Azərbaycan, Bakı, 22 iyul / Trend , E.İsmayılova /

Avqustun əvvəllərində ARDNŞ Xəzərin Azərbaycan hissəsində "Bahar 2" perspektiv qaz-kondensat strukturunda üçölçülü seysmik tədqiqatlara (3D seysmik) başlamağı planlaşdırır. Bu barədə çərşənbə günü ARDNŞ-dəki mənbədən bildirilib.

"Hazırda işlərdə istifadə olunacaq gəmilər təmirdən sonra registrdən keçir. Avqustun əvvəllərində işlərə start verilməlidir", - deyə mənbədən bildirilib.

"Bahar 2" strukturunda 3D seysmik tədqiqat işlərinin ARDNŞ-nin "Geofizik 1" və "Bakı" gəmilərinin istifadəsi ilə keçirilməsi gözlənilir.

Strukturdakı işlərin başlandıqdan sonra iki-üç ay ərzində tamamlanması planlaşdırılır. Bu müddətdə seysmik tədqiqatlar tamamlanmalıdır, belə ki, bundan sonra dənizdəki pis hava şəraiti buna imkan verməyəcək.

ARDNŞ ölkədə qaz hasilatının həcmini artırmaq məqsədi ilə perspektiv dəniz strukturlarının, xüsusilə də "Bahar 2" strukturunun öyrənilməsini həyata keçirir.

Əhəmiyyətli dərəcədə ehtiyatlara malik olan "Bahar 1" yatağı nadir yataqdır. Ötən əsrin 80-ci illərində yataqdan 16-17 milyon kubmetr təbii qaz hasil edilib ki, bu da ölkənin qaz tələbatını 30-40 faiz təmin edib. ARDNŞ "Bahar" yatağının işlənməsi ilə müstəqil şəkildə məşğul olur.

ARDNŞ bu yataqda yeni yeraltı qaz anbarının tikitisi imkanlarını nəzərdən keçirir.

Azərbaycanda qaz hasilatı ilə öz vəsaiti hesabına yataqlarda yanacaq hasil edən ARDNŞ məşğul olur. ARDNŞ tərəfindən hasil olunan qazın böyük hissəsi Azərbaycanın daxili bazarına tələbatın təmin edilməsi üçün yönləndirilir. Qazın bir hissəsi isə Gürcüstana ixrac olunur.

BP-nin texniki operatorluğu altında qaz, həmçinin "Şahdəniz" yatağında xarici tərəfdaşları tərəfindən ARDNŞ-nin iştirakı ilə hasil edilir. Qaz Azərbaycan bazarına tədarük edilir, həmçinin Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə ixrac olunur. Azərbaycan, həmçinin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən səmt qazı əldə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti