...

Azərbaycan Dövlət Neft Fondu ilin birinci yarısında neftin orta qiymətini açıqlayıb

Energetika Materials 24 İyul 2009 18:51 (UTC +04:00)
Azərbaycan Dövlət Neft Fondunun (ADNF) hesablamalarına əsasən, neftin bu ilin birinci yarısında qiyməti bir barel üçün 48 dollar təşkil edib

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir E.İsmayılov /

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) hesablamalarına əsasən, neftin bu ilin birinci yarısında qiyməti bir barel üçün 48 dollar təşkil edib. Bu barədə cümə axşamı fondun başçısı Şahmar Mövsümov bildirib.

Mövsümovun bildirdiyi kimi, məhz bu səbəbdən fondun Azərbaycan neftindən gəlirləri bu dövr ərzində 42,1 faizə kimi yerinə yetirilib.

"Hesablamalarımıza görə, bu dövr ərzində neftin orta qiyməti 48 dollar təşkil edib, lakin son zamanlar neftin qiyməti 60 dollardan artıqdır və biz ümid edirik ki, orta qiymət tərəfimizdən proqnozlaşdırılan qiymətlərə yaxın olacaq", - deyə Mövsümov bildirib.

Mövsümov ilin sonuna kimi neftin qiymətinin qalxmasının mümkünlüyünü istisna etməyib. Qiymətlər arta bilər və bu halda neftin qiyməti fond tərəfindən proqnozlaşdırılan qiymətə yaxın olacaq.

ADNF-in büdcəsində neftin qiyməti bir barel üçün 70 dollar təşkil edir.

Bu ildə ADNF-in transfertlərinin həcmi ölkənin dövlət büdcəsində 4,915 milyard manat səviyyəsində olacaq.

Transfertlər ilə əlaqədar olaraq ADNF və Maliyyə Nazirliyi bu ildə transfertlərin aylıq bölgüsünü keçiriblər. "Lakin bəzən əvvəlcədən müəyyən vəsaitlərin ödənilməsi azım gəlir və biz bu ilə planlaşdırılan transfertlər çərçivəsində bu ödənişləri edə bilərik", - deyə Mövsümov bildirib.

Yeni menecerlərin cəlb olunmasını ADNF qlobal maliyyə böhranının davam etməsi səbəbindən planlaşdırmır. "Bir çox şirkətin maliyyə vəziyyəti müəyyən olunmayıb, buna görə də vəziyyət normal olduqdan sonra bu prosesə başlayacağıq", - Mövsümov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti