...

ABŞ hökuməti Azərbaycan ilə birgə "Nabukko" layihəsi üzərində işləyir - ABŞ dövlət katibinin köməkçisi

Energetika Materials 5 Avqust 2009 17:36 (UTC +04:00)

Vaşinqton, ABŞ, 05 avqust / Trend , müxbir N.Boqdanova /

"ABŞ hökuməti "Nabukko" layihəsinin həyata keçirilməsi üzrə köməkçilərdən biri qismində Azərbaycan ilə birgə çalışır", - ABŞ-ın Avropa və Avrasiya işləri üzrə dövlət katibinin köməkçisi Filip Qordon avqustun 4-də ABŞ Senatının xarici münasibətlər komitəsinin "Gürcüstan: avqust müharibəsindən bir il sonra" mövzusunda dinləmələrdə bildirib. O, qeyd edib ki, Gürcüstan Avropanın enerji planlarının əsas hissəsidir.

"Bizlərdən bəziləri keçmiş ABŞ Administrasiyası dövründə "Bakı-Tbilisi-Ceyhan" boru kəməri üzərində işləmişik. Bu layihə hazırda, "Nabukko" layihəsinin nə vaxtsa reallaşıb reallaşmayacağı da daxil olmaqla, bəzi paralellərə malikdir. Lakin biz hesab edirik ki, o, Avropa üçün əlavə enerji dəhlizi olacaq və biz bu layihəni əsasən siyasi planda dəstəkləyirik. Bu hər hansı bir xərc və ya ABŞ-ın investisiyasını tələb etmir, bizim rolumuz koordinasiya, nəzarət, hökumətlər ilə işin təşkilindən və bütün prosesin yüngülləşdirilməsindən asılıdır", - Filip Qordon bildirib.

O həmçinin bəyan edib ki, Avropa alternativ enerji marşrutları əldə edərsə, Rusiyadan daha az asılı olacaq ki, bu da Rusiya tərəfinin təzyiqini azaldacaq.

"Səfir Riçard Morninqstar ABŞ-ın regionda enerji məsələləri üzrə nümayəndəsi təyin edilib. O, həm "Nabukko"nun Avropa iştirakçı ölkələri, həm də tədarükçülər - Azərbaycan, Türkmənistan və hazırda Avropaya enerji tədarükü marşrutunu reallaşdırmaq, onun daha həyatqabiliyyətli etmək üçün İraqla da iş görür", - deyə Qordon bildirib.

3,3 min km uzunluğunda magistral qaz kəməri layihəsi "Nabukko" Rusiyadan yan keçərək Mərkəzi Asiyadan Aİ ölkələrinə, əsasən də Avstriya və Almaniyaya qaz tədarükünü nəzərdə tutur. Layihə gücü ildə 26-32 milyard kubmetr qaz təşkil edir. Qaz kəmərinin inşasının 2013-cü ildə başa çatması nəzərdə tutulub.

Qaz kəmərinin inşası üzrə konsorsiumda OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumınıya), MOL Natural Gas Transmission Company Ltd. (Macarsıtan), RWE (Almaniya) şirkətləridir.

"Nabukko" qaz kəmərinin 2004-cü ildə təqdim olunan ilkin layihəsi İranın Fars körfəzindəki yatağından qaz tədarükünü nəzərdə tuturdu. 2006-cı ildə İranın nüvə silahı proqramı ətrafındakı münaqişələr ilə əlaqədar olaraq Türkmənistan, Özbəkistan və Azərbaycandan qazın tədarük edilməsi imkanları üzrə qərar qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti