Azərbaycan, Bakı, 17 avqust / Trend /
Yanvar-iyun aylarında Azərbaycana quru və dəniz yataqlarında əməliyyat aparmaq üçün təxminən 56,6 min ton müxtəlif metal borular idxal edilib. Bu da keçən ilin anoloji dövründəki göstəricidən 47,4 faiz azdır.
Dövlət Statistika Komitəsindən bildirildiyi kimi, göstərilən dövr ərzində boru təxminən 117 milyon dollar məbləğində idxal olunub ki, bu da 2008-ci ilin müvafiq dövründəkindən 3,6 faiz çoxdur.