Azərbnaycan, Bakı, 28 avqust / Trend , müxbir V.Javoronkova /
ARDNŞ və Qazaxıstanın "KazMunayQaz" şirkətləri arasında Qazaxıstan Xəzər neft nəqli sistemi (QXNS) üzrə danışıqlar uğurla davam edir, bu barədə cümə günü Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov bildirib.
Onun sözlərinə əsasən, bu layihənin həyata keçirilməsinin birinci mərhələsində Azərbaycan ərazisindən ildə təxminən 23 milyon ton neft nəql olunacağı planlaşdırılır.
QXNS layihəsinin həyata keçirilməsi üçün yeni infrastrukturun yaradılması vacibdir. Qazaxıstan tərəfindən neft ixarcı marşrutlarından biri kimi işlənən Eskene-Kurık neft kəməri QXNS-ın bir hissəsidir. Eskene-Kurık neft kəməri ilə yanaşı QXNS çərçivəsində Transxəzər sisteminin yaradılması planlaşdırılır. Sistem Xəzər dənizinin Qazaxıstan sahilində neft boşaldan terminallar, tankerlər və gəmilər, Xəzərin Azərbaycan sahilində neft doldurma terminalları və Bakı-Tbilisi-Ceyhan neft kəməri sisteminə kimi birləşdirmə qurğularından ibarət olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]