Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir E.İsmayılov /
Bu iliyn yanvar-iyununda ABŞ Azərbaycandan 11,3 milyon barel neft idxal edib. 2008-ci ilin analoji dövründə bu rəqəm 8,1 milyon barelə yaxın olub. Bu barədə ABŞ-ın Enregetika İnformasiyaları Dövlət İdarəsinin (EİA) məlumatında deyilir.
Yanvarda ABŞ Azərbaycandan 2,1 milyon barel neft idxal edib. Fevralda ABŞ-a Azərbaycandan neft idxal edilməyib. Martda idxal edilmiş Azərbaycan neftinin həcmi təxminən 2,5 milyon barel olub. Apreldə isə bu göstərici 3,1 milyon bareldən çox olub. May və iyun aylarında ABŞ-a müvafiq olaraq, 630 min və təxminən 3 milyon barel Azərbaycan nefti idxal edilib.
2008-ci ildə ABŞ Azərbaycandan ümumilikdə 26,8 milyon barel neft idxal edib. 2007-ci ildə bu rəqəm 20,6 milyondan çox, 2006-cı ildə isə 9,7 milyon barel təşkil edib.
Azərbaycan neftinin nəql edildiyi əsas marşrut nefti Türkiyənin Ceyhan limanına çatdıran Bakı-Tbilisi-Ceyhan boru kəməridir.
Azərbaycan yüngül nefti həmçinin Gürcüstanın Supsa limanından da ixrac olunur. Bura neft Bakı-Supsa neft kəməri ilə daşınır.
Neft eyni zamanda, Bakıdan dəmir yolu ilə çatdırılan Batumi limanından (Gürcüstanın Qara dəniz limanı) və Bakı-Novorossiysk boru kəməri ilə çatdırılan Novorossiysk limanından da ixrac olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]