Bakı, Azərbaycan, 15 sentyabr / Trend , müxbir C.Babayeva /
İran Nabukko qaz kəmərinin inşası layihəsinin bu ölkə olmadan mümkün olmayacağı barədə bəyan edir.
"İran olmadan Nabukko layihəsi həyata keçirilə bilməz", - bu barədə çərşənbə axşamı mətbuat komfransında İranın Azərbaycandakı səfiri Məhəmmədbagır Bəhrami bildirib.
Onun sözlərinə əsasən, İranın Nabukko layihəsində iştirakına "regiona aid olmayan dövlətlər" mane olur.
Dəyəri 7,9 mlrd. avro olan Nabukko kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.