Azərbaycan, Bakı, 17 sentyabr / Trend /
Yanvar-avqust aylarında "Azərkimya" dövlət şirkəti (kimyəvi məhsulların istehsalı) 7,7 milyon kubmetr azot istehsal edib ki, bu da 2008-ci ilin analoji dövründəki göstəricidən 25,8 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib.
Dövlət Statistika Komitəsindən bildirildiyi kimi, polietilen, izopropil spirti və lak və boya məmulatlarının istehsalı yanvar-avqust aylarında azalıb. Yanvar-avqustda xlor-oksid istehsal olunmayıb.
Kimyəvi məhsulların əsas növlərinin 2009-cu ilin yanvar-avqust aylarında istehsalı:
|
Məhsul |
2009-cu ilin yanvar-avqust aylarında istehsal |
2008-ci ilin yanvar-avqust aylarına nisbətdə (%-lə) |
|
Azot (mln kubmetr.) |
7,7 |
74,2 |
|
Kaustik soda (ton) |
4788,8 |
31,3 |
|
Polietilen (min t) |
19,2 |
50,5 |
|
Propilen (min t) |
10 |
47,6 |
|
İzopropil spirti (min t) |
5,9 |
40,9 |
|
Lak və boya məmulatları (min t) |
1,1 |
61,5 |
|
Xlor oksidləri (min t) |
0 |
0 |