...

Gələn il Xəzəryanı qaz kəmərinin TİƏ-si hazır olacaq – nazir

Energetika Materials 24 Sentyabr 2009 15:47 (UTC +04:00)

Qazaxıstan, Astana, 24 sentyabr / Trend , müxbirlər K.Konırova, E.İsmayılov /

Türkmənistan, Qazaxıstan və Rusiyanı birləşdirəcək Xəzəryanı qaz kəmərinin TİƏ-si (texniki iqtisadi əsaslandırılma) gələn ilin əvvəlində hazır olacaq. Bu barədə cümə axşamı Qazaxıstanın energetika və mineral resurslar naziri Sauat Mınbayev bildirib.

"Xəzəryanı qaz kəmərinin TİƏ-si gələn ilin yanvarında hazır olacaq", - Mınbayev deyib.

"Qazprom" ASC-nin İdarə Heyəti sədrinin müavini Valeri Qolubyevin dediyinə görə, şelfdə qaz yatağının perspektiv mənimsənilməsi ilə Xəzəryanı qaz kəməri üzrə qaz nəqlinin həcmi əhəmiyyətli dərəcədə artacaq.

"Türkmənistanda yeni yatağın açılmasını nəzərə alaraq, Xəzəryanı qaz kəmərinə əlavə olaraq 20 milyard kubmetrə qədər qaz tədarük etmək olar. Bu da o deməkdir ki, Xəzəryanı qaz kəmərinin gücü ildə 40 milyard kubmetrə kimi arta bilər", - Qolubyev deyib.

Xəzəryanı qaz kəmərinin inşasının məqsədi Xəzər dənizi yataqlarından, Türkmənistan və Qazaxıstan ərazilərindəki digər yataqlardan təbii qazın Rusiya Federasiyası ərazisinə nəqlidir.

Xəzəryanı qaz kəməri ilə nəql edilən qazın nəzərdə tutulan həcmi Türkmənistandan ildə 30 milyard kubmetr, Qazaxıstandan isə ildə 10 milyard kubmetr təşkil edəcək.

Xəzəryanı qaz kəmərinin uzunluğu 1700 kilometr təşkil edəcək. Bundan 500 kilometrdən çoxu Türkmənistanın, təxminən 1200 kilometri isə Qazaxıstanın ərazisinə düşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti