PremiumAİB-in məsləhətçiləri Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya proqramının hazırlanması üçün tədqiqatlar aparır

Energetika Materials 30 Sentyabr 2009 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir İ.Xəlilova/

Asiya İnkişaf Bankının (AİB) missiyası birgə enerji layihəsinin reallaşmasına baxış üçün Bakıda olub. Bu barədə çərşənbə günü bankın Bakı nümayəndəliyindən deyilib.

Hazırda bank Azərbaycanın enerji sektorunda enerjiötürücü xətlərin bərpası layihəsini reallaşdırır və burada baş podratçının təyin edilməsi üçün tender elan edilib. Layihə bir neçə il ərzində 60 ildən artıq istifadə edilən enerjiötürücü xətlərin bərpasını həyata keçirəcək. Asiya İnkişaf Bankı 20 il müddətinə 160 milyon dollar kredit ayıracaq.

Layihə çərçivəsində Mingəçevir SES-dən Abşeron yarımstansiyasınadək 200 kilovoltluq ikixətli enerjiötürücü xətlərin inşası nəzərdə tutulur.

Bank missiyasının tərkibində elektrik enerjisinin paylanmasının inkişafına dair investisiya proqramının hazırlanması üzrə məsləhətçilər də var. Bu layihə Azərbaycanın elektrik enerjisi üçün bankın çoxtranşlı maliyyə proqramının (MFF) elementi olacaq. Proqramın hazırlanması üçün texniki dəstək podratçısı Vision RI seçilib ki, bu şirkət də müqavilənin səkkiz il müddətinə reallaşdırılmasını bildirib. Bankın texniki dəstəyi bir milyon dollar təşkil edir.

"Məsləhətçilər hələ başlanğıc mərhələdədir, lakin enerji sektorunda investisiya proqramının hazırlanması onların vəzifələrinə daxildir", - nümayədəlikdən deyilib.

Bankın Direktorlar Şurasında proqramın bəyənilməsi 2010-cu ildə gözlənilir. MFF-in dəyəri 500 milyon dollardır və hələlik ölkə regionlarında aşağıvoltlu şəbəkələrin modernləşdirilməsinin və istehlakçı sayğaclarının quraşdırılmasının daxil olduğu distribüter sisteminə yardım istiqamətində yönəldilib. İlkin kredit 50 milyon dollar həcmində ola bilər.

Azərbaycanda yanacaq-enerji sektorunun inkişafına dair dövlət proqramı çərçivəsində yeni istilik və su elektrik stansiyalarının tikintisinə, generasiya obyektlərinin modernləşdirilməsinə və nəqliyyat şəbəkəsinin gücünün artırılmasına görə 3,8 milyard dollarlıq investisiya tələb olunur.

AİB Azərbaycan hökuməti ilə 1999-cu ildən əməkldaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti