...

ARDNŞ Qara dənizdəki şəxsi terminalında iritonlu gəmilərin qəbuluna başlayıb

Energetika Materials 1 Oktyabr 2009 10:16 (UTC +04:00)
ARDNŞ şəxsi terminalı Kulevidə dənizin dibinin dərinləşdirilməsi işlərini başa çatdırıb ki, bu da 104 min tonluq gəminin qəbuluna imkan verir, çərşənbə günü limanda məlumat verilib, xəbəri Trend Capital-ın Tbilisidəki xüsusi müxbiri çatdırır.
ARDNŞ Qara dənizdəki şəxsi terminalında iritonlu gəmilərin qəbuluna başlayıb

Gürcüstan, Tbilisi, 30 sentyabr / Trend , müxbir N.Kirsxaliya/ 

ARDNŞ şəxsi terminalı Kulevidə dənizin dibinin dərinləşdirilməsi işlərini başa çatdırıb ki, bu da 104 min tonluq gəminin qəbuluna imkan verir, çərşənbə günü limanda məlumat verilib, xəbəri Trend -ın Tbilisidəki xüsusi müxbiri çatdırır. 

"Hazırda limanda AEGEAN FREEDOM adlı Yunanıstan tankeri (dedveyti 100 min tondan çox)

yerləşib. Əvvəllər Kuleviyə tonnajı 50 min tondan artıq olmayan gəmilər daxil ola bilərdi. 

Kulevi terminalının imkanı Qazaxıstan neftinin "Tengiz" yatağından gətirilməsi ilə birbaşa əlaqədardır. Bu neft Xəzər vasitəsilə Bakıyadək çatdırılır. "Tengiz" yatağının işlənməsi ilə TengizChevroil birgə müəssisəsi məşğul olur.

Kulevi neft terminalı ötən ilin yayında istismara verilib. Terminalın gücü ildə 10 milyon ton təşkil edir ki, buraya 3 milyon ton neft, 3 milyon dizel yanacağı, 4 milyon ton mazut daxildir. Terminal eyni vaxtda 168 vaqon sistern qəbul edə bilər. Rezervuar parkının ümumi sahəsi 320 min kubmetr təşkil edir. İki il ərzində terminalın ötürmə gücünü 15-20 milyon tona çatdırmaq planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti