Azərbaycan, Bakı, 07 oktyabr / Trend /
Yanvar-sentyabr aylarında ARDNŞ-nin tərkibinə daxil olan Heydər Əliyev adına Neft Emalı Zavodu tərəfindən 74 min tondan çox neft koksu istehsal edilib ki, bu göstərici 2008-ci ilin analoji dövründə təxminən 141 min ton təşkil edib. Bu barədə ARDNŞ-nin məlumatında deyilir.
Sentyabr ayında ARDNŞ tərəfindən təxminən 21,1 min ton neft koksu istehsal edilib.
2008-ci ildə Bakı NEZ tərəfindən 168,93 min ton koks istehsal edilib. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.
2006-cı ildə 67,24 min ton koks istehsal olunub. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.