...

ARDNŞ şimal boru kəməri marşrutu ilə neft nəqlinə hazırlaşır

Energetika Materials 29 Oktyabr 2009 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ noyabrın 1-də Bakı-Novorossiysk neft boru kəməri ilə Azərbaycan neftinin noyabra planlaşdırılan həcminin nəqlinə başlayacaq, bu barədə cümə axşamı ARDNŞ-dəki mənbə bildirib. Noyabrda boru kəməri ilə 240 min ton Azərbaycan neftinin nəql olunması planlaşdırılır.

Mənbənin bildirdiyi kimi, plana əsasən, şimal marşrutu ilə neft nəqlinin noyabrın 26-da tamamlanması planlaşdırılır. Həmçinin noyabrda plana uyğun texniki işlərin keçirilməsi üçün bu istiqamətdəki neft nəqli bir dəfə - noyabrın 19-da (səkkiz saat) dayandırılacaq.

Oktyabra planlaşdırılan neft həcmlərinin nəqli oktyabrın 26-da başa çatıb, lakin plana əsasən, o, oktyabrın 28-də başa çatmalı idi. Bu, nəqliyyat qrafikinə dəyişikliklərin edilməsi ilə izah olunur, profilaktik işlərin keçirilməsi üçün planlaşdırılan üç dayanma həyata keçirilməyib. Oktyabrda Bakı-Novorossiysk neft kəməri ilə təxminən 248 min ton neft təşkil edib.

Proqnoza əsasən, dekabrda bu boru kəməri ilə nəql olunacaq neft həcmi 140 min ton təşkil edəcək.

ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə neft ixracının həcmini 2008-ci ildəki təxminən 1,3 milyon tona nisbətdə 2009-cu ildə 2,5 milyon tona kimi artırmaq niyyətindədir.

ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarında hasil etdiyi, həmçinin Azərbaycanda quruda fəaliyyət göstərən birgə müəssisələr və əməliyyat şirkətlərinin neftinin yükboşaltmasını həyata keçirir. Bu ilin yanvar-oktyabr aylarında şirkət Bakı-Novorossiysk şimal boru kəməri ilə 2 milyon tondan çox neft ixrac edib. Bu göstərici 2008-ci ilin yanvar-oktyabr aylarında təxminən 1 milyon ton təşkil edib.

Hazırda Bakı-Novorossiysk boru kəməri ilə neft nəqli zamanı Azərbaycan çıxışda digər istehsalçıların neft ilə qarışan Urals markalı neft əldə edir.

Bakı-Novorossiysk boru kəmərinin operatoru 2007-ci ilin sonuna kimi ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) olub, sonra isə bu funksiyanı ARDNŞ-ə ötürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti