...

Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda neftin hasilatı dəyişməz olaraq qalır

Energetika Materials 30 Oktyabr 2009 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir E.İsmayılov/

Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlar blokunda sutkalıq hasilat 880 min barel (120 min ton) səviyyəsində qalıb. Bu barədə cümə günü neft-qaz bazarındakı mənbədən məlumat verilib. Yataqdakı hasilatın həcmi ayın əvvəlindəki göstərici ilə eynidir.

"Azəri-Çıraq-Günəşli" yatağında neftin gündəlik hasilatı 120 min ton səviyyəsində qalıb", - mənbədən deyilib.

Mənbənin məlumatına görə, yataqlarda yeni hasilat quyularının istismara verilməsindən sonra hasilatın artımı gözlənilir.

AÇG layihəsinin operatoru BP şirkəti bu ilin birinci yarısında yataqda təxminən 146 milyon barel (təxminən 20 milyon ton) neft hasil etmişdi. Bu barədə BP şirkətinin ilin birinci yarısı üzrə rəsmi hesabatında deyilib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənmə layihəsinin səhmdarları: BP (operator - 34,1%), Chevron (10,2%), ARDNŞ (10%), INPEX (10%), StatoilHydro (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), ITOCHU (3,9%), Hess (2,7%).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti